Türkiyənin vitse-prezidenti Azərbaycana səfər edəcək
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, C.Yılmaz dekabrın 20-də Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edəcək.
Onun Azərbaycan rəsmiləri ilə görüşlərinin keçiriləcəyi gözlənilir.