London klubu Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan ilk klub oldu
"Çelsi" Konfrans Liqasının finalında "Betis"i 4:1 hesabı ilə məğlub edib. AYNA.AZ xəbər verir ki, London klubu bununla da unikal nailiyyət əldə edib: “mavilər” öz tarixi boyu Çempionlar Liqası, Avropa Liqası, UEFA Super Kubokunu qazanıb və indi komandanın əlində Konfrans Liqası kuboku da var.
Londonlular iki dəfə Çempionlar Liqasının (2012 və 2021-ci illərdə), iki dəfə isə Avropa Liqasının qalibi (2013 və 2019-cu illərdə) olub. Bu dəfə isə Konfrans Liqasında uğur qazanıb.