Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Xəbərlər

07.08.2022 - 00:28

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb

Cəlilabad rayonunda yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "Qazel” markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü Rəşad Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az