O, hadisə yerində vəfat edib
Cəlilabad rayon sakinini elektrik cərəyanı vurub. AYNA-nın məlumatına görə, hadisə rayonun Sabirabad kəndində baş verib. Evdə təmir işləri apararkən Biləsuvar rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Orucovu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.