Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

Xəbərlər

21.07.2025 - 19:14

Kənd Təsərrüfatı Nazirliyi: "Məsələ ilə bağlı araşdırma aparılır"

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş