Cəlilabadda ağır yol qəzasında sürücü yanaraq ölüb

Hadisə

26.09.2023 - 01:19

Həkimlərin səyinə baxmayaraq, Elşən Həbiyev dünyasını dəyişib

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az