Cəbrayılda silah-sursat aşkarlanıb

Xəbərlər

09.02.2024 - 16:18

5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar götürülüb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi, patronlar və digər sursatlar aşkar edərək götürüblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş