23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbaraları təhvil verilib
Cəbrayılda xeyli qumbara aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbaralarını taparaq aidiyyəti üzrə təhvil veriblər.