Caleb Orr Bakıya gəlib

Xəbərlər

01.06.2026 - 11:29

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Caleb Orr Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana səfərə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi iyunun 3-dək Azərbaycanda səfərdə olacaq.

Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş