Cahit Bağcı: "Türk dövlətləri ilə ticari-iqtisadi əlaqələri artırmaq əsas hədəfimizdir"

Xəbərlər

29.10.2024 - 20:56

cedabet dərman SEO Xidməti

Səfir: "Dünyanın ən böyük iqtisadiyyata sahib 10 ölkəsi sırasında olmaq üçün yarışırıq"

Türk dövlətləri ilə ticari-iqtisadi əlaqələri artırmaq əsas hədəfimizdir. AYNA "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Cümhuriyyətin 101-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.

O, bu günün önəmini vurğulayaraq qeyd edib ki, kökləri güclü tarixə söykənən Türkiyə Cümhuriyyətini daha da inkişaf etdirmək əsas hədəflərdəndir:

"Türkiyə 1 trilyon dollardan çox olan milli gəliri ilə dünyada öz mövqeyini qoruyur. Türkiyə müdafiə sənayesinin inkişafını 80 faiz artırmağa nail olmuş bir ölkədir. Biz səhiyyədən təhsilə, kənd təsərrüfatından turizmə kimi bütün sahələrdə ancaq özümüzlə yarışırıq. Dünyanın ən böyük iqtisadiyyata sahib 10 ölkəsi sırasında olmaq üçün yarışırıq. Əsas hədəfimiz türk dövlətləri ilə iqtisadi əlaqələrimizi daha da möhkəmləndirməkdir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş