BVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

İqtisadiyyat

14.10.2025 - 19:41

Ölkədə iqtisadi artım 2030-cu ildə də 2,5% civarında olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

AYNA.AZ xəbər verir ki, Fond 2025-ci il üzrə real ÜDM-in artımını 3%, 2026-cı il üzrə 2,5% müəyyən edib. Bu isə Fondun əvvəlki proqnozu ilə müqayisədə 0,5% bəndi azdır.

BVF əvvəlki 2025-2026-cı illər üçün iqtisadi artım proqnozu müvafiq olaraq 3,5 % və 2,5 % təşkil edib.

BVF həmçinin hesab edir ki, ölkədə iqtisadi artım 2030-cu ildə də 2,5% civarında olacaq.

Qeyd edək ki, bu korrektələrdən sonra xarici maliyyə institutları arasında ən pozitiv iqtisadi artım proqnozudur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş