“Buta Airways” Səudiyyə Ərəbistanının iki şəhərinə aviareyslərə başlayır

Xəbərlər

16.11.2021 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

Aviabiletlərin dəyəri 55 avrodan başlayır

“Buta Airways” aviaşirkəti Səudiyyə Ərəbistanının iki şəhərinə - Ər-Riyad və Dammama xüsusi aviareyslər yerinə yetirməyə başlayır.

Aviaşirkətdən AYNA-ya bildirilib ki, paytaxt Ər-Riyada reyslər noyabrın 27-dən etibarən həftənin şənbə günləri, Dammam şəhərinə isə 26 noyabrdan etibarən bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları ilə aviaşirkətin saytında tanış ola bilərsiniz: “www.butaairways.az/az/covid/saudi-arabia”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş