Kansler Almaniya Prezidentinə Bundestaqı buraxmağı təklif edib
Almaniya kansleri Olaf Şolts ölkə Prezidenti Frank-Valter Ştaynmayerə Almaniya Parlamentinin (Bundestaq) buraxılmasını təklif edib. AYNA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Dekabrın 16-da axşam Bundestaq Şoltsa etimadsızlıq səsverməsi keçirib. Səsvermə zamanı 207 deputat kanslerə etimad göstərib, 394 deputat əleyhinə səs verib, 116 deputat bitərəf qalıb.
Ştaynmayer səsvermənin nəticələrini təsdiq edərsə, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.