Bu şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılıb

Cəmiyyət

31.12.2020 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev sərəncam imzalayıb

 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.

 

AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, həmin şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilib.

 

Daha əvvəl həmin aylıq təqaüdün məbləği 150 manat idi.

 

Bu Sərəncam 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş