Vətəndaşlardan müraciətlərin qəbuluna fevralın 6-dan başlanılacaq
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Fonddan AYNA-ya bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
- Adi ipoteka kreditləri üzrə: Fevralın 6-sı saat 10:00-dan.
- Güzəştli ipoteka kreditləri üzrə: Fevralın 7-si saat 10:00-dan etibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya “ASAN İmza” vasitəsilə həyata keçiriləcəkdir.
Qeyd edək ki, elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notbuk vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.