Bu il III qrup üzrə üç mindən çox abituriyent qəbul olmayacaq

Xəbərlər

11.09.2020 - 14:08

Məleykə Abbaszadə: “Çünki, qəbul plan yerlərindən asılıdır”

 

III qrupa digər qruplardan fərqli olaraq daha çox abituriyent imtahan verib. Bu il onların sayı 21410 nəfər olub. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Abbaszadə deyib ki, III qrupda ötən il olan bəzi ixtisaslar çıxarılıb, yeni ixtisaslar əlavə edilib.

 

“Müsabiqəyə buraxılma şərtləri bütün qruplarda olduğu kimi bu qrupda da eynidir. III ixtisas qrupu üzrə 12286 plan yeri var. 200-dən çox bal toplayan və bütün şərtləri ödəyərək müsabiqəyə buraxılanların sayı isə 15 min 368 nəfərdir. Bu o deməkdir ki, 3082 nəfər qəbul olmayacaq. Çünki, qəbul plan yerlərindən asılıdır”, - deyə DİM rəhbəri vurğulayıb.

Müəllif: Ayna.az