Qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 5 min 921 nəfər olub
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-mart aylarında 2 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Qeyd olunub ki, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33 faiz artaraq 5 min 921 nəfər olub.