Bu il Bakıda 24 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbərlər

18.12.2023 - 14:14

XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb

Bu il Bakıda 24 məzun məktəbi qızıl və gümüş nişanla bitirib. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş