Bu gündən marşrutlar saat 20:00-dək işləyəcək

Xəbərlər

28.09.2020 - 14:31

İctimai nəqliyyatın hərəkətində dəyişiklik edilir

 

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

 

AYNA bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

 

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”, - deyə açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az