Bu gün Yer Günəşdən ən uzaq məsafədən keçib

Xəbərlər

07.07.2023 - 00:52

Həmin an Günəşə qədər məsafə 152 093 251 km olub

Yer Günəşdən ən uzaq məsafədən keçib. AYNA xəbər verir ki, bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verib.

Saat 00:06-da afelidən keçib və həmin an Günəşə qədər məsafə 152 093 251 km olub. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olub.

Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edib.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş