Bu gün Xırdalanın bəzi ərazilərində işıq olmayacaq

Xəbərlər

11.07.2025 - 09:26

Yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri həyata keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Bakı-Sumqayıt şosesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, Kənd Xırdalan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş