Peskov: “Nümayəndə heyətimiz bu axşam danışıqları davam etdirməyə hazır olacaq”
Rusiya nümayəndə heyəti bu gün Ukrayna ilə danışıqların ikinci mərhələsi üçün görüş yerinə gedəcək. AYNA TASS-a istinadən xəbər verir ki, Moskvanın danışıqlara hazır olduğunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
“Nümayəndə heyətimiz bu axşam danışıqları davam etdirməyə hazır olacaq”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci mərhələsi fevralın 28-də baş tutub. Görüş Belarus-Ukrayna sərhədinə yaxın, Pripyat çayının sahilində, "balıqçı evi" kod adlı gizli yerdə baş tutub. Ukraynalılar danışıqlara Polşa helikopterləri ilə gəliblər.
Görüşdə Rusiya tərəfi üç şərt irəli sürüb: Krımın Rusiya ərazisi kimi rəsmi tanınması, Ukraynanın demilitarizasiyası və denazifikasiyası və ölkənin neytral statusunun təmin edilməsi.
Nümayəndə heyətləri iki dövlətin paytaxtlarında məsləhətləşmələrdən sonra yaxın bir neçə gün ərzində görüşmək barədə razılığa gəlmişdilər.