Bu gün bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbərlər

25.05.2023 - 08:44

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunacaq

Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

AYNA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Mayın 25-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında dağlıq rayonların magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Müəllif: Ayna.az