Britaniya XİN başçısı: “Ukraynada münaqişə 2026-cı ildə də davam edəcək”

Dünya

23.09.2024 - 09:49

Həkimlər Klinikalar SEO Xidməti

“Çətinliklər 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində daha da dərinləşəcək və sərtləşəcək”

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynadakı münaqişənin yaxın bir neçə ildə bitməyəcəyini bildirib. AYNA “The Guardian”a istinadən xəbər verir ki, nazir bu barədə Liverpulda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, çətinliklər xüsusilə 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində "daha da dərinləşəcək və sərtləşəcək".

Lammi Ukraynanın müttəfiqlərinə müraciət edərək, cəsarət, səbir və dözümlülük nümayiş etdirməyin vaxtının gəldiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş