Britaniya və Livanın Baş nazirləri görüşüblər

Dünya

27.09.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Hökumət başçıları İsraillə təcili atəşkəsin vacibliyini qəbul ediblər

Britaniya və Livanın Baş nazirləri Keir Starmer və Nacib Mikati görüşüb və onlar İsraillə dərhal atəşkəsin lehinə olduqlarını bildiriblər.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti başçısının Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində livanlı həmkarı ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

“Böyük Britaniya Baş naziri əvvəlcə son həftələrdə baş verən insan itkiləri ilə əlaqədar Baş nazir Mikatiyə səmimi başsağlığı verib. Onlar Livanda artan münaqişəni müzakirə ediblər və dərhal atəşkəs və razılaşdırılmış həllin vacibliyi barədə razılığa gəliblər”, - Britaniya hökumətinin məlumatında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş