Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Dünya

20.05.2025 - 21:04

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 100 hədəfə sanksiya tətbiq olunacaq

Böyük Britaniya Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketi elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, yeni qərara əsasən Rusiya hərbi sənaye kompleksi, enerji ixracı, maliyyə sektoru və Ukraynaya qarşı informasiya müharibəsində iştirak edən şəxslər və qurumlar daxil olmaqla ümumilikdə 100 hədəfə sanksiya tətbiq olunacaq.

Britaniyanın xarici işlər naziri David Lammi deyib ki, bu gün tətbiq olunan sanksiyalar paketinə Sosial Dizayn Agentliyinin daha 14 üzvü, sanksiyalardan yayınmağa çalışan 46 maliyyə institutu, eləcə də Sankt-Peterburq Valyuta Birjası və Rusiyanın Bankların Sığorta Agentliyi də daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş