Breuer: “Rusiya 2029-cu ildə NATO-ya hücum edə bilər”

Dünya

15.05.2026 - 14:37

“Yenidən silahlanma, şəxsi heyətin qurulması, iqtisadi və siyasi inkişaflar - hamısı bir nöqtədə birləşir”

“Rusiya 2029-cu ildə və ya daha tez NATO-ya hücum edə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breuer "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə deyib.

"Müxtəlif göstəricilər - yenidən silahlanma, şəxsi heyətin qurulması, iqtisadi və siyasi inkişaflar - hamısı bir nöqtədə birləşir: 2029. Bu, daha əvvəl baş verə bilərmi? Bəli", - deyə Breuer bildirib.

Onun sözlərinə görə, "problem Moskvadadır və başqa heç yerdə deyil".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş