Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub

Dünya

29.05.2022 - 06:21

Həkimlər Klinikalar SEO Xidməti

Torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib

Son sutka ərzində leysan və torpaq sürüşməsi 30-dək insanın həyatına son qoyub. AYNA-nın xəbərinə görə, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb.

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.

Yerli medianın xəbərinə görə, aramsız yağışlar minədək insanın təxliyə olunması ilə nəticələnib. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş