“Böyük yeddilik” Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

Dünya

27.06.2022 - 13:56

Sanksiyalar xüsusən Rusiyanın hərbi sənayesinə qarşı yönələcək

“Böyük yeddilik” (G7) ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat yayıb.

Məlumata görə, sanksiyalar xüsusən Rusiyanın hərbi sənayesinə qarşı yönələcək. Məhdudiyyət tədbirləri, o cümlədən hərbi istehsalı və tədarük zəncirini əhatə edəcək.

G7 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır.

Müəllif: Ayna.az