Məhdudiyyətlər həm birbaşa, həm də dolayı yolla Rusiya uranın alınmasına, təchizatına və çatdırılmasına şamil edilir
Böyük Britaniya Rusiyadan uranın idxalına qadağa qoyub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin saytında məlumat verilib.
Sənədə əsasən, məhdudiyyətlər həm birbaşa, həm də dolayı yolla Rusiya uranın alınmasına, təchizatına və çatdırılmasına şamil edilir.
Bundan əlavə, yeni tədbirlər bu məhsulun idxalı ilə bağlı əməliyyatlar üçün texniki yardım, maliyyə və broker xidmətlərinin göstərilməsini qadağan edir.
Qadağa 20 may 2026-cı il tarixində qüvvəyə minib.
Bir neçə istisna tətbiq olunur. Xüsusilə, Rusiya uranı ilə əməliyyatlara, 20 may 2026-cı il tarixindən əvvəl istismara verilmiş üçüncü ölkələrdəki nüvə obyektlərinin davamlı fəaliyyəti üçün zəruri olduqda icazə verilir. İstisna sanksiyaların qüvvəyə minməsindən əvvəl Rusiyadan idxal edilmiş və hazırda üçüncü ölkələrdə saxlanılan urana da aiddir.