Bosniya və Herseqovinada 4 bələdiyyəyə təxirə salınan seçkilər keçirilib

Dünya

21.10.2024 - 06:58

cedabet dərman SEO Xidməti

54 min 379 seçici yerli idarəetmə orqanlarının rəhbərlərini müəyyən etmək üçün səs verib

Bosniya və Herseqovinada oktyabrın 6-dakı yerli seçkilərin sel və daşqın səbəbindən təxirə salındığı 4 bələdiyyədə dünən seçkilər keçirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Kiselyak, Kresevo, Foynitsa və Konyiç bələdiyyələrində 54 min 379 seçici yerli idarəetmə orqanlarının rəhbərlərini müəyyən etmək üçün səs verib.

Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) daşqınlar səbəbindən təxliyə edilən vətəndaşlar üçün də seçki məntəqələrinin yaradıldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş