Borclu abonent yaba ilə “Azəriqaz”ın işçilərini hədələyib: bir nəfər yaralanıb - FOTO

Xəbərlər

07.05.2022 - 01:47

Həkimlər Klinikalar SEO Xidməti

Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub

Borclu abonent “Azəriqaz”ın əməkdaşına xəsarət yetirib.AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.

30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub.

Borclu abonent yaba ilə “Azəriqaz”ın işçilərini hədələyib: bir nəfər yaralanıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş