BNA-da qərargah yaradılıb

Xəbərlər

02.03.2020 - 13:47

Həkimlər Klinikalar SEO Xidməti

"Qaynar xətt" də fəaliyyətə başlayıb

 

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində qərargah yaradılıb.

 

AYNA-ya bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd olunub ki, bununla yanaşı, Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb.

 

Eyni zamanda, bildirilir ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir: "Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib".

 

O da qeyd olunub ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş