BMT: "Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər"

Dünya

12.07.2025 - 19:30

Tehran sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər. AYNA.AZ xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsinin rəhbəri Ərəfat Camal deyib.

“İran və Pakistan hakimiyyəti Əfqanıstan vətəndaşları ilə bağlı qaydaları sərtləşdirib. O cümlədən Tehran ölkədə sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib”, - o bildirib.

Onun sözlərinə görə, BMT QAK geri qaytarılma prosesinin miqyası, intensivliyi və şərtlərindən narahatdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş