İclas Kolumbiyanın tələbi əsasında baş tutacaq
BMT Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, iclas Kolumbiyanın tələbi əsasında baş tutacaq.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında toplanıb.