BMT: "Qəzza zolağında hərbi əməliyyatlar zamanı 115 körpə ölüb"

Dünya

17.08.2024 - 18:20

Həkimlər Klinikalar SEO Xidməti

Ölənlərin hamısının 8 aydan kiçik olduğu bildirilib

İsrail ilə HƏMAS hərəkatı arasında müharibə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.

AYNA xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, ölənlərin hamısı 8 aydan kiçik olub. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.

Hesabatda qeyd olunduğu kimi, anklavın Səhiyyə Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, bu il avqustun 1-nə şəxsiyyəti təsdiq edilən və sənədləşdirilən 32,3 min ölən arasında 10,6 min uşaqdır ki, onlardan da 663 nəfəri bir yaşadək olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş