BMT baş katibindən Naxçıvana dron hücumuna reaksiya

Xəbərlər

06.03.2026 - 00:09

“İranın Naxçıvana endirdiyi zərbə Azərbaycanın suverenliyinin pozulmasıdır”

İranın Naxçıvan Muxtar Respublikasına endirdiyi zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır.

AYNA.AZ bildirir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ "Report"un sualına cavab olaraq bildirib.

O, Baş katibin zərbə ilə bağlı narahatlığını ifadə edib: “Biz Azərbaycan ərazisinə pilotsuz təyyarə hücumundan dərin narahatlıq keçiririk və ciddi şəkildə həyəcan keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq şəkildə pozulmasıdır”, – deyə o bildirib.

Dujarrik İranı beynəlxalq hüquqa və BMT qanunlarına riayət etməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş