Blinken Brüsselə səfər edəcək

Dünya

12.11.2024 - 22:03

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət katibi NATO və Aİ ölkələrindən olan həmkarları ilə Ukraynaya dəstəyi müzakirə edəcək

ABŞ-ın dövlət katibi Antoni Blinken bu gün Brüsselə səfər edəcək və burada Avropa İttifaqı və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ilə Ukraynaya dəstək məsələsini müzakirə edəcək.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Departamenti məlumat yayıb.

"Blinken Ukraynaya dəstəyi müzakirə etmək üçün NATO və Aİ ölkələrindən olan həmkarları ilə görüşlər keçirmək üçün Brüsselə gedəcək", - Dövlət Departamentinin məlumatında qeyd edilib.

Bildirilib ki, ABŞ dövlət katibi noyabrın 13-ü daxil olmaqla Brüsseldə qalacaq.

Dövlət Departamentinin məlumatına görə, Blinken daha sonra Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) liderlərinin sammiti və G20 sammitinin keçiriləcəyi Peru və Braziliyaya gedəcək.

Müəllif: Ayna.az