Komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində “Birləşdik-2024” əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının “Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.

