Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Xəbərlər

07.06.2024 - 16:25

cedabet dərman SEO Xidməti

İsmayıl Xəlilovun nəşi Mehdiabad qəsəbəsində torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş, təxminən 30 il sonra aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş İsmayıl Anatoli oğlu Xəlilovun nəşi bu gün ailəsinə təhvil verilib.

AYNA xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Səbail rayonundakı evinə gətirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Mehdiabad qəsəbəsində, valideynlərinin yanında dəfn olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş