Biri azyaşlı olmaqla üç nəfər xilas edilib

Xəbərlər

25.10.2022 - 11:39

cedabet dərman SEO Xidməti

Yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və dörd halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. AYNA xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilir.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla üç nəfər xilas edilib, bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş