Bir qrup media nümayəndəsi AJB-yə üzv qəbul olunub - FOTO

Xəbərlər

04.05.2026 - 21:36

AJB sədri Elçin Şıxlı yeni üzvlərə vəsiqələrini təqdim edib

Bu gün bir qrup media nümayəndəsi Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvlüyünə qəbul edilib.

AYNA.AZ xəbər verir ki, AJB sədri, Əməkdar jurnalist  Elçin Şıxlı əvvəlcə Birliyin tarixi haqqında məlumatlar verib, qarşıda planlaşdırdıqları fəaliyyət istiqamətləri haqqında danışıb.

Daha sonra E.Şıxlı yeni üzvlərə – tanınmış jurnalist və sayt rəhbərləri, ictimai fəallar, publisist və televiziya verilişlərinin ekspertlərindən Aydın Xan Əbilov, Fəridə Nizamiqızı, Rahim İsmayılov, Ramal Əliyev, İradə Həsənova, Bəxtiyar Kazımlı, Əfsanə Nəbiyeva – Familqızı, Ülkər Piriyeva, İlhamə Mustafayeva – Laçın, Ceyhun Süleymanov, İsmayıl Zalov və Ramilə Eminli – Sultana üzvlük vəsiqələrini təqdim edib.

Yeni üzvlər AJB və onun sədrinə minnətdarlıqlarını çatdırıb, hər zaman jurnalist imicini qoruyacaqlarına söz veriblər.

E.Şıxlı yeni üzvlərə uğurlar arzulayıb.

Bir qrup media nümayəndəsi AJB-yə üzv qəbul olunub - Bir qrup media nümayəndəsi AJB-yə üzv qəbul olunub - Bir qrup media nümayəndəsi AJB-yə üzv qəbul olunub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş