AAYDA: “Qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar tərəfindən müvafiq tədbirlər görülüb”
Ölkənin bir sıra avtomobil yolunda hərəkətdə yaşanan problem tam olaraq aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AYNA-ya verilən məlumata görə, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy, Qobustan-Çalo-Cəyirli-Xilmilli-Sündü avtomobil yolları və Murovdağda (Ömər aşırımı) qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar tərəfindən müvafiq tədbirlər görülüb.
Hazırda bu istiqamətdə işlərin davam etdiyi bildirilir.