Bir gündə COVID-19 əleyhinə 1400-dən çox peyvənd vurulub

Xəbərlər

26.06.2022 - 18:29

Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1475 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1050, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 127 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 762 091, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 215, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 306 428, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 248 912 təşkil edir.

Müəllif: Ayna.az