Faktla bağlı araşdırma aparılır
Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.
AYNA xəbər verir ki, şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənən şəxslərdən biri - 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın bildirdiyinə görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: "Ata, ana və digər uşağın vəziyyəti stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib".
R.Əliyeva onu da qeyd edib ki, TƏBİB baş vermiş kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır: "Həmin şəxslərin analizləri laboratoriyaya təqdim edilib, nədən zəhərləndikləri hələlik bilinmir. Analizlərin nəticələrini gözləyirik".
Faktla bağlı araşdırma aparılır.