Binəqədidə yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Xəbərlər

22.02.2025 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.

AYNA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş