Binə stadionunun ot örtüyü yenilənib

İdman

13.02.2025 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Süni ot örtüyünün FIFA “Quality Pro” sertifikatına uyğunluğu təsdiqlənib

AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb. AYNA xəbər verir ki, bu barədə AfFA-dan bildirilib.

Qeyd olunub ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı laboratoriya tərəfindən test edilib.

Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün FIFA “Quality Pro” sertifikatına uyğunluğu təsdiqlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş