Biləsuvarda yol qəzasında iki nəfər xəsarət alıb

Hadisə

27.11.2023 - 18:54

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, qəza hadisəsi rayonun Əsgərabad kəndində qeydə alınıb. "Jiquli" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə iki nəfər, minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Mirsəid Cəfərov və sərnişini, 2017-ci il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş