Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib
Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib. AYNA "Report"a istinadən məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar 1988-ci il təvəllüdlü X.Əzizov və 1946-cı il təvəllüdlü O.Cavadov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.