Bəzi rayonlarda yollar dumanlı olacaq

Xəbərlər

04.06.2023 - 21:18

Görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb. Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyunun 5-də gecə və səhər dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Müəllif: Ayna.az